Müştəri Xidməti üzrə əməliyyatçı

Şirkət haqqında
Əmək haqqı
300-600

İş haqqında

Tələblər:
- Ali təhsil
- Müştəri xidməti üzrə 1 ildən az olmayan iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
- Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
- 1C proqram üzrə bilikləri (arzuolunandı)
- Azərbaycan dili və rus dilində sərbəst danışıq qabiliyyəti

Vəzifə öhdəlikləri:
- Gündəlik planın yerinə yetirilməsi;
- Müraciətlərə əsasən tibbi preparatlar, həblər, məlhəmlər və tibbi ləvazimatlar barədə ətraflı məlumat verilməsi;
- Satışın stimullaşdırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsi;
- Tələbat olan məhsul anbara daxil olduqda müraciət etmiş apteklərə təlimata uyğun olaraq məlumat verilməsi;
- Satışın artırılması , işçilərin müştəri xidməti sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə müvafiq təlimlərdə iştirak edilməsi;
- Müntəzəm yenilənən təlimat və prosedur-qaydalarla tanış olunması və riayət edilməsi;
- Müştəri məmnuniyyəti sorğularının keçirilməsi;

İş şəraiti:
- İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
- 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi sığorta ilə təmin olunma;
- Əmək haqqı 300-600 manat.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Son müraciət tarixi: 2021-07-18