Müştəri xidmətləri üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

OMİD Mağazalar şəbəkəsi Müştəri xidmətləri üzrə mütəxəssis vakansiyasını elan edir.

Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Səlis niqt qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

Əsas vəzifə və öhdəliklər:
- Zəng edən və ya edilən şəxslə əlaqə qurmaq;
- Məlumatlandırma, təqdimat və istiqamətləndirmələrin ona verilən səlahiyyət çərçivəsində düzgün və səmərəli aparılmasını təmin etmək;
- Müştəri şikayətlərini yaxşı dinləyici olaraq dinləmək;
- Müştərinin ehtiyaclarını düzgün başa düşmək və onlara düzgün həllər təqdim etmək;
- Səlahiyyətindən və biliyindən artıq hər hansı bir vəziyyət baş verərsə, aidiyyəti şöbəyə yönləndirmək;
- Şirkət və müştəri arasında yaxşı bir əlaqə körpüsü qurmaq;
- Hörmət və qaydalar çərçivəsində problemlərin həllini tapmaq;
- Qısa və aydın məlumatlar sayəsində müştəriləri şirkətə cəlb etmək;
- Kampaniyaları müştərilərə ötürmək;
- Daxil olan zənglərlə gələn müştərilərə şirkətin xidmətləri və məhsulları haqqında ətraflı məlumat vermək;
- Danışdığı bütün müştərilərin məlumatlarını şirkət sisteminə daxil etmək və onların hesabatlarını hazırlamaq;
- Telefonda müştərilərə dəstək olmaq və müştəri məmnuniyyətini təmin etmək.

İş şəraiti:
- Həftə ərzində 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əməkhaqqı 500 manat
- Cinsi - xanım
- Yaş həddi : 23-35
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” sözlərini qeyd edərək habib.valiyev@omid.az -ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Son müraciət tarixi : 2021-09-01