Müştəri xidmətləri üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

Namizədə tələblər:
- Ali təhsilli olmalı; (İqtisadiyyat, marketinq, biznes idarəçiliyi ixtisasından məzun olan namizədlərə üstünlük veriləcək) ;
- 23-30 yaş aralığında yalnız xanım namizədlər;
- Xidmət satışı sahəsində ən azı 2 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı. (Xüsusi ilə excel bilikləri önəmlidir);
- Datalarla işləmək bacarığı;
- Rus dilini səlis ünsiyyət səviyyəsində bilmək mütləqdir, ingilis dili biliyi orta səviyyədə olmalıdır;
- Ünsiyyətcil, müştəri yönümlü, məsuliyyətli, punktual olmalıdır;
- Yüksək səviyyəli ünsiyyət və təqdimat bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:
- Telefon zənglərinin edilməsi, müştərilərin xidmətlər, yeni kampaniyalar haqda ətraflı məlumatlarla təmin edilməsi, yeni satışların həyata keçirilməsi;
- Korporativ satışların təşkili və idarə olunması korporativ müştərilərin cəlb olunması;
- Şirkətin sosial şəbəkələrində müştərilərlə ünsiyyətin yüksək səviyyədə təmin olunması və satışların reallaşdırılması;
- Satışın artırılması ilə bağlı təkliflər planı hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi;
- Görülmüş işlər haqda hesabatların hazırlanması.

İş haqda:
- İş qrafiki- saat 09:00-dan 18:00-dək;
- Əmək haqq-500 azn + satışdan bonus;
- Şirkət daxilində təlimlərdə iştirak və inkişaf etmə imkanı;
- AR Əmək Məcəlləsinə uyğun rəsmi iş;

Qeyd: Namizdələrdən CV-lərini göndərməmişdən öncə vəzifə öhtəliklərini diqqətlə oxumaqları xahiş olunur .
Tələblərə cavab verən namizədlərin CV-lərini (PDF formada) “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Əlaqə - 050-311-58-52
Son müraciət tarixi: 2021.12.18