Mütləq hesabatlar şöbəsində mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Struktur: Mühasibatlıq və mütləq hesabatlıq departamenti, Mütləq hesabatlar şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri, Departament rəhbəri

Vəzifə öhdəlikləri:
- MB və digər dövlət strukturlarına gündəlik, həftəlik, yarım-aylıq, aylıq, rüblük və illik hesabatların tərtib edilməsi;
- Daxili və kənar yoxlayıcılara bank göstəriciləri ilə əlaqədar məlumatların verilməsi;
- Bankın balans və balansarxasında olan uyğunsuzluqları müəyyən etmək və düzəlişlərin edilməsi üçün müvafiq strukturlara müraciət etmək;
- MB və digər qurumlara, eyni zamanda bank rəhbərliyinə müxtəlif sorğular əsasında birdəfəlik hesabatların hazırlanması və müəyyən edilmiş müddət ərzində təqdim edilməsi.

Tələblər:
- Ali təhsil;
- Dil tələbləri: Azərbaycan dilini yüksək səviyyədə bilməli, Rus və İngilis dili orta səviyyədə bilməsi arzuolunandır;
- İstənilən hesabatlıq sahəsində minimum 1 il iş təcrübəsi;
- Məlumatlarla işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Minimum orta səviyyədə Microsoft Excel bilikləri;
- Banklar üçün mövcud hesablar planından xəbərdar olması.

Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Son müraciət tarixi: 2021-05-22