Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Struktur: Xəzinədarlıq departamenti
Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:
- Yerli və xarici müxbir banklarla hesablarla bağlı yazışmaların aparılması;
- Yerli və xarici müxbir bankların sorğusu əsasında hesab üzrə sənədlərin toplanması və mübadiləsi;
- Yerli və xarici müxbir banklardakı hesablar üzrə sənədlərin bankın digər strukturları vasitəsilə toplanması;
- Yerli və xarici bankların “loro” müxbir hesabları üzrə sənədlər paketinin ildə bir dəfə yenilənməsi üçün tədbirlərin görülməsi;
- Yerli və xarici banklar haqqında statistik, maliyyə və digər məlumatların toplanması;
- Fəaliyyət sahəsi üzrə hesabatların, təqdimatların hazırlanması;
- Yerli və xarici banklarla görüşlərin təşkil olunması;
- Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək;
- Fəaliyyət sahəsinə aid layihələri aparmaq;
- Fəaliyyətinə aid bankdaxili normativ sənədlərin hazırlanması.

Tələblər:
-Yüksək məntiqi düşüncə qabiliyyəti;
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
- Bank sahəsində minimum 1 (bir) il təcrübə (müvafiq sahədə olması arzu ediləndir);
- Bank qanunvericiliyi haqqında biliklər;
- Bank alətləri haqqında ümumi biliklər;
- SWIFT formatları haqqında biliklər;
- Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili bilikləri (danışmaq, yazmaq, oxumaq);
- Analitik təhlil, kritik düşünmə bacarıqları;
- Operativlik, məsuliyyət, qəqiqlik, təşəbbüskarlıq bacarıqları;
- Komanda ilə və stress vəziyyətlərdə işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Son müraciət tarixi: 2021.12.15