Nəzarət-ölçü cihazları üzrə texnik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Boruların, boru dirsəklərinin, flansların, asılqan və ya dayaqların düzgün seçilməsi, mişar, boru kəsicisi, boru çəkici və iskənə, kəsici məşəl və boru kəsici cihazdan istifadə etməklə boru hissəsinin, boru yivinin və əyrisinin düzgün kəsilməsi və aqreqatın yığılması
- Əsasən hidravlik və ya pnevmatik proseslər üçün hissələrin təşkil olunması, yığılması, yerləşdirilməsi, xırdalanması, düzülməsi və montaj edilməsi
- Dəmir, polad, mis və plastik daxil olmaqla, müxtəlif metal və qeyri-metal boruların və birləşmələrin yığılması və montaj edilməsi
- Hər növ ötürücü, detektor, RTD, termocütlərin və s.-nin montaj edilməsi
- Kabel sistemlərinin (kabel kanalları və kabel qutuları) çəkilməsi;
- Arakəsmələrdə (divarlarda) dəliklərin açılması;
- Kabellərin çəkilməsi, sonlandırılması və izolyasiyası, dəzgahların yaradılması və sıxılması;
- Texniki cizgi və diaqramları oxuya bilmək;
- Multimetr, izolyasiya testeri, HART kommunikatoru, DPI 611 / 612 kimi ölçü cihazlarından istifadə etmək bacarığı;
- P&ID, naqil cizgiləri, blok-diaqramlar, montaj cizgiləri və s.-ni oxuya bilmək;
- Qapalı ərazilərdə və yüksəklikdə işləyə bilmək, eləcə də ağır avadanlıqları qaldırmaq kimi iş tələblərini fiziki olaraq ödəyə bilmək
- Kabel sistemlərinin (kabel kanalları və kabel qutuları) çəkilməsi;
- Kabellərin sonlandırılması və izolyasiyası, dəzgahların yaradılması və sıxılması;
- TƏHLÜKƏSİZ və TƏHLÜKƏLİ sahələrdə nəzarət-ölçü cihazlarının montajı, izolyasiyası, təmiri və müvafiq konstruksiya sınağından keçirilməsi
- Nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsinə dair bütün öhdəliklərin daima təhlükəsiz və yüksək standartlara uyğun həyata keçirilməsini təmin edərək Şirkətin/layihənin bütün müvafiq iş prinsiplərini, iş metodlarını və prosedurlarını oxumaq, başa düşmək və tətbiq etmək;
- Bütün işləri müvafiq iş siyahısı/iş tapşırığı təlimatlarına, müvafiq prosedurlara və cizgilərə/sxemlərə uyğun tamamlamaq;
- Şirkət daxilində tətbiq olunan Peşə Sağlamlığı və Təhlükəsizliyi ilə bağlı bütün tələblərə riayət etməyə cavabdeh olmaq;
- Qapalı ərazilərdə və yüksəklikdə işləyə bilmək, eləcə də ağır avadanlıqları qaldırmaq kimi iş tələblərini fiziki olaraq ödəyə bilmək
- Aşağıda göstərilən tapşırıqlarla birlikdə iş nəzarətçisinin öhdəliklərini yerinə yetirmək:
- Bütün təhlükələrdən qaynaqlanan riskləri nəzarət tədbirlərini həyata keçirməklə minimum məqbul səviyyəyə endirmək üçün istənilən dəyişikliyin idarə edilməsi ilə bağlı məsələləri Sahə Nəzarətçisinə müntəzəm şəkildə bildirmək və Sahə Nəzarətçisi ilə əlaqə saxlamaq;
- Planlaşdırılan tapşırıq üçün İşə İcazə sənədini hazırlamaq və təhlükələri və nəzarət tədbirlərini (Səviyyə 1 Risk Qiymətləndirilməsi) müəyyən etmək;
- Tələb olunduqda, Səviyyə 2 Risk Qiymətləndirilməsində iştirak etmək;
- Görüşlər təşkil etməklə işə cəlb olunan digər işçilərin işin əhatə dairəsini, işlə bağlı təhlükələri və nəzarət tədbirlərini tam başa düşməsini təmin etmək, həmçinin xüsusi fəaliyyətə cəlb olunan həmin işçilərin İşə İcazə sənədinin iş sahəsi ilə bağlı nüsxəsini imzalamasını təmin etmək;
- Yalnız İşə İcazə sənədinin səlahiyyət verdiyi şəxslərin iş sahəsində iştirak etməsini və icazəsiz şəxslərin daxil olmamasını təmin etmək;
- Bütün nəzarət tədbirlərinin tapşırığın başlamasından əvvəl həyata keçirilməsini təmin etmək;
- Yalnız İşə İcazə sənədinin əhatə etdiyi işlərin icrasını həyata keçirmək;
- İşin icrası zamanı və icrasından sonra iş sahəsinin təmiz və təhlükəsiz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Növbə və heyət dəyişikliyi zamanı gələcək iş və sahə nəzarətçiləri ilə təhvil vermələrin düzgün yerinə yetirilməsini təmin etmək;

Təhsil/Təcrübə və Kvalifikasiya:
- Müvafiq sahə üzrə texniki təhsil və ya təsdiqlənmiş sertifikatlı təhsil.
- Müvafiq sahə üzrə minimum 3 illik təcrübə.
- İngilis dilində orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- CompEX (EX01, EX02, EX03, EX04) /BOSIET /Hawke Gland və Montaj sertifikatlarının olması üstünlükdür.
- Sənaye alpinizmi -Səviyyə 1 sertifikatının olması üstünlükdür.

Maraqlanan namizədlərdən öz CV-lərini elektron poçtun mövzu hissəsində “Nəzarət-ölçü cihazları üzrə texnik” vəzifəsini göstərməklə hr@glensol.az ünvanına göndərmələri xahiş olunur. Nəzərinizə çatdıraq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-10-07