Nisyə satış üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər;
− Nisyə mal almaq məqsədilə müraciət edən müştəriləri qəbul etmək;
− Müştərilərə mövcud məhsulların tələb və şərtləri haqqında məlumat vermək;
− Nisyə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
− Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək;
− Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
− Nisyə satış üçün tələb olunan sənədləri qanunvericiliyə və daxili qaydalara uyğun rəsmiləşdirmək;
− Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;
− Əməliyyat sisteminin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
− Daxili qaydalara uyğun olaraq həvalə olunmuş tapşırıqları yerinə yetirmək;
− Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
− Baş verən fors major-hadisələr barədə rəhbərinə məlumat vermək;

Tələblər:
• Bu sahədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 6 günlük qrafik- həftədə bir gün istirahət
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətədavamlıdır.
Satışa əsasən bonus sistemi mövcuddur.

Vakansiyaya müraciət üçün CV-nizi “Nisyə satış ürə mütəxəssis” mövzusu ilə hr@mandarin.az e-mail ünvanına göndərməyiniz xahiş olunur
Son müraciət tarixi: 2021-10-07