Növbə meneceri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Komandada işləmək bacarığı.
- İşə qarşı məsuliyyətli olmaq.
- Restoran sahəsində minimum 3 illik iş təcrübəsi.

Öhdəliklər:
- Müştərilərə səmərəli və mədəni xidmət, onlara rahat (komfortlu) şəraitin yaradılması üzrə işi həyata keçirmək.
- Material qiymətlilərinin qorunmasına nəzarəti təmin etmək.
- Münaqişəli halların qabağının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək.
- Müştəri məmnuniyyətsizlik xidməti ilə əlaqədar iddiaları araşdırmaq, zəruri texniki-təşkilati tədbirləri keçirmək.
- Vaxtaşırı olaraq, işin əvvəlində bütün ofisiantlarla iclaslar keçirmək. Onlara öhdəliklərini yadına salmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmağa kömək edtmək, restoranın qayda və üsullarını onların nəzərinə çatdırmaq.
- Ofisiantlar üçün təlimlər keçirmək.
- Otaqların müvafiq tərtibatına nəzarəti yerinə yetirir, otaqlarda və binada reklamın yerləşdirilməsi, təzələnməsi və vəziyyətinə diqqət yetirir. Otaqlarda və ona və ya binaya bitişik ərazidə təmizliyi və nizam-intizamı təmin etmək.
- Tabeçiliyində olan işçilər tərəfindən əmək və istehsal intizamına, əməyin mühafizəsi üzrə qayda və normalara, istehsal sanitariyası və qiqiyenası tələblərinə riayət olunmasına nəzarət etmək.
- Müştərilərə xidmət üzrə mövcud çatışmazlıqlar, onların aradan qaldırılması üzrə görülən tədbirlər barədə rəhbərliyi məlumatlandırmaq.
- Müəssisə rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən yerinə yetirilməsini təmin etmək.

İş Şərtləri:
- 6 günlük iş həftəsi.
- Növbəli iş rejimi.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Forma şirkət tərəfindən təqdim olunur.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Növbə meneceri” mövzusu altında hr@papajohns.az elekton ünvanına göndərə bilərlər.
Son mrüaciət tarixi: 2021-09-17