Ofis meneceri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;
- Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;
- Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;
- Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;
- Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;
- Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.

Tələblər:
- Ali təhsil;
- Yaş həddi 22-30 aralığı;
- Azı 1 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Rus dilini bilməsi arzuolunandır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və qrammatik yazı bacarığı olmalıdır.

Digər:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 22 dekabr 2021-ci il
- İş yerinin ünvanı: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 17a

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (OFİS MENECER) qeyd edin.
Son müraciət tarixi: 2022.01.09