Ofis meneceri

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Namizədə tələblər:
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
- Təzyiq altında işləmək, problemləri həll etmə bacarıqlarına malik olmaq;
- Xoş görünüşlü və ünsiyyətcil;
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
- Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi;
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
- Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
- Müvafiq sahədə 1 il təcrübə.

İş barədə :
- Gündəlik kargüzarlıq və işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
- E-mail və telefonların cavablandırılması;
- Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı;
- Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
- Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
- İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək
- Əmək haqqı: 800 AZN + bonus.

Qeyd: Satış bacarığı olan şəxslərə üstünlük veriləcək.

Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!