Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Hazırda şirkətimizə Önləyici və Dövri Mexaniki Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.

Tələblər:
- Mexanika mühəndisliyi üzrə ali təhsil
- MS office və SAP proqramlarından istifadə bacarığı:
- İnglis dilinin elementar səviyyədə biliyi
- Əlaqədar sahədə 1 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik

Vəzifə və Öhdəliklər:
- Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
- Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
- Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
-Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
- Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
- Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
- Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi. Təmir və qəza planlarının hazırlanması.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Son Müraciət Tarixi: 21.04.2021