Online satış üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dilini səlis bilməli.ingilis dilini bilməyi arzuolunandır;
- Müvafiq sahədə iş təcrübəsi 1-2 ildən az olmayaraq;
- MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı.

Vəzifə öhdəlikləri:
- Onlayn satışla bağlı müştərilərin suallarının müxtəlif kanallar (onlayn çat, sosial şəbəkələr,email və s.) üzərindən cavablandırılmasını həyata keçirmək;
- Onlayn satışın, şirkətin standartlarına və təlimatlarına müvafiq qaydada həyata keçirilməsini təmin etmək;
- Rəhbərin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
- Müştərilərin təkliflərinin, şikayətlərinin onlayn formada qəbulu və müvafiq struktur bölməyə göndərilməsi işini təşkil etmək;
- Sosial şəbəkədə müştərilər tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika çərçivəsində cavablandırmaq.

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq;
- Nahar verilir.

Tələblərə cavab verən namizədlər mövzu yerində “Online Satış üzrə menecer” yazaraq, CV-lərini email ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021.12.28