Operational Risk Senior Specialist

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Risklər üzrə mütəxəssis vəzifəsinə tələblər:
- Qrup miqyasında ERM və Əməliyyat Riskləri çərçivəsinin təkmilləşdirilməsi;
- Şirkət daxilində əməliyyat risklərinin idarə edilməsi məlumatlılığın və potensialının artırılması;
- Əsasən əməliyyat göstəriciləri, komplayans və reputasiya göstəriciləri olmaqla Qrup daxilində risk sağlamlıq indeksinin (RSİ) hazırlanması;
- Təşkilatın risk mədəniyyətinin təkmilləşdirilməsinə və Şirkətin effektiv risk idarəçiliyinin təmin edilməsinə dəstəyin göstərilməsi;
- Risk reyestrinin hazırlanması, risklərin qiymətləndirilməsi və bütün əlaqəli risklər üçün risklərin uzlaşdırılması də daxil olmaqla ERM proqramlarının həyata keçirilməsinə dəstək və nəzarət edilməsi;
- Əməliyyat risklərinin qiymətləndirilməsi üçün risk göstəricilərinin təklif edilməsi;
- Şirkətlərdə risk mədəniyyətinin təkmilləşdirilməsi, eyni zamanda risk mədəniyyəti layihələrinin və təşəbbüslərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün Qrup şirkətləri ilə sıx əməkdaşlıq;
- Risk Sağlamlığı İndeksinin (RSİ) artırılması, eyni zamanda RSİ göstəricilərinin hazırlanması və təkmilləşdirilməsi üçün Qrup üzrə risk komandaları və Qrup şirkətlərinin maraqlı tərəfləri ilə sıx əməkdaşlıq;
- Qrupa daxil olan şirkətlər miqyasında Biznesin Davamlılığı və Bərpa Planı sənədinin hazırlanması;
- Qrup daxil olan şirkətlər miqyasında dələduzluq risklərinin idarə edilməsi üzrə təlimatın hazırlanması;
- Əməliyyat risklərinin qarşısının alınması və yumşaldılması məqsədilə qabaqlayıcı və düzəldici tədbirlər barədə tövsiyələr hazırlamaq və rəhbərliyə məsləhətlərin verməsi;
- Siyasət və prosedurların qəbul edilməsini, məlumatlandırılmasını və düzgün tətbiq olunmasını təmin edərək əlaqədar tərəfləri təlimatlandırılması, eyni zamanda bu istiqamətdə tövsiyyələr verilməsi;
- Əməliyyat riski, komplayans və reputasiya riski ilə bağlı məsələlərin və sorğuların həllində daxili və xarici maraqlı tərəfləri üçün məlumat mərkəzi olaraq xidmətin göstərilməsi;
- Qrup üzrə Risklərin idarəedilməsi Direktoruna iş funksiyası ilə bağlı digər vəzifələri yerinə yetirməkdə dəstək;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə/Bankçılıq və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi;
- Müvafiq sahədə ən azı 5 il peşəkar təcrübə;
- Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
- MS Office (Excel, PowerPoint) proqramlarının yüksk səviyyədə biliyi;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
Mövzu sətrində “Əməliyyat Riskləri üzrə baş mütəxəssis” qeyd olunmalıdır;
CV-lər 14 yanvar, 2022-ci il tarixinə qədər göndərilməlidir;

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.