Pərakəndə satışın təhlili üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Vəzifə təllimatları:
- Satış tendensiyalarını proqnozlaşdırmaq üçün zamana uyğun (həftəlik, aylıq, rüblük, illik) məlumatları toplamaq və təhlil etmək;
- Mütəmadi olaraq idarəetmə komandası ilə əlaqə qurmaq;
- Satış məlumatlarını nəzərdən keçirərək məhsuldarlığın trend meyllərini təyin etmək;
- Daxili və xarici mənbələrdən istifadə edərək dəqiq və dolğun hesabatlar hazırlamaq;
- Üçüncü mənbələrdən əldə edilən məlumatlara əsasən şirkətin uğuru üçün uyğun təcrübələri təyin etmək;
- Cari informasiyaları və ideyaları komanda üzvlərinə və rəhbərliyə çatdırmaq;
- Problemləri anlamaq və onları fəal şəkildə həll etmək üçün məlumatları toplamaq və təhlil etmək;
- Komanda üzvləri və digər şöbələrin üzvləri ilə əməkdaşlıq mütəmadi olaraq etmək;
- Əlavə məlumat təhlili üçün tələb olunan məlumatları toplamaq üçün satış mağazalarını ziyarət etmək
- Vəzifə funksiyaları göstərilənlərlə məhdudlaşmır.

Tələb olunan Təhsil və Təcrübə:
- tələb olunan təhsil dərəcəsi: Ali təhsil
- müvafiq sahədə iş təcrübəsi: 1-3 il təcrübə
- tələb olunan və ya üstünlük verilən sənaye sektoru: N/A
- tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar): Mətn,cədvəl və təqdimat hazırlanmasında dərin bacarıqlar, yüksək səviyyədə problem həll etmə və analiz bacarıqlar, yaxşı şifahi və yazılı ünsiyyət bacarıqlar, detallara diqqətli olmaq və təşkilatçılıq qabiliyyəti, iş prioritetlərini düzgün təyin edə bilmək və eyni zamanda bir neçə işi görə bilmək.
- tələb olunan texniki bilik və bacarıqları qeyd edin: MS Office
- dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan, Rus və İngilis dillər

Əmək haqqı: 800AZN

Marağı olan namizədlər [email protected] ünvanına müraciət edə bilərlər.
Xahiş olunur email-ın “Mövzu” bölməsində vəzifənin adını qeyd edəsiniz. Əks halda, müraciətiniz nəzərə alınmayacaq. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-06-24