Performansın idarəolunması üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Fəaliyyətin Qiymətləndirmə prosesin inkişafı üçün vasitələrin hazırlanmasında, tərtibatında, saxlanmasında və icrasında kömək edir;
- Fəaliyyətin Qiymətləndirmə prosesini hazırlamaq, həyata keçirmək və izləmək; təşkilat daxilində biznes hədəflərini və əsas fəaliyyət göstəricilərini kaskad edərək fəaliyyət dövrünü idarə etmək;
- Təşkilatın strateji məqsədləri və işçilərin gündəlik fəaliyyət və vəzifələri arasında əlaqə yaratmaq; hədəfləri təyin etməklə, yarımillik izləmə və il sonu qiymətləndirmə prosesini həyata keçirməklə fərdi, komanda və təşkilati inkişafa dəstək vermək;
- Fəaliyyətin qiymətləndirmə prosesin əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin və əsas dəyərlərin həyata keçirilməsinə nəzarət etmək;
- Fəaliyyətin qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik fəaliyyətin qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib edir;
- Fəaliyyətin qiymətləndirmənin nəticələrini, inkişaf planlarını, öyrənmə və inkişaf fəaliyyətlərinə yenidən baxılması ilə bağlı müraciətlərə cavabların verilməsi ilə əlaqədar nəticələrinin icrasını təşkilat daxili əlaqələndirir;
- Məqsəd və vəzifələri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasına kömək edir.

Tələblər:
- Fəaliyyətin idarə olunması sahəsində 3-5 il iş təcrübəsi;
- Ali təhsil (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resurslarının İdarəolunması və ya İş Fəaliyyətinin İdarəolunması sahəsində müvafiq sertifikatlar əlavə üstünlükdür;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı arzuolunandır)
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı.
- İşgüzar Azərbaycan dilini mükəmməl səviyyədə (yazılı və şifahi) bilmək. İngilis dili əlavə üstünlükdür;

Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Performansın idarəolunması üzrə mütəxəssis” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-31