Planlama mühəndisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələb olunan iş bacarıqları:
- Layihələrin planlaşdırılması ;
- Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək;
- Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlamaq və icrasına birbaşa nəzarət etmək;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatları hazırlanıb rəhbərliyə təqdim etmək;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Müddət və kənaraçıxmaların analizini etmək;
- Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirmək;
- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
- Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;

Tələb olunan təhsil və biliklər:
- Ali təhsil (İnşaat mühəndisliyi);
- Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 3 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
- MS Office, Primavera P6, MS Project 2010;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı

İş şəraiti:
- 5 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;

Tələblərə cavab verən namizədlər CV-ləri mövzu yerində “Planlama mühəndisi” göstərməklə sona.adili@fasad-f.az mailinə göndərə bilər.
Son müraciət tarixi: 2021-07-16