PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Express Bank ASC-nin Reklam və marketinq şöbəsində aktiv PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis vakansiyası mövcuddur.

- Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır).
- İctimaiyyətlə əlaqələr sahəsində minimum 3 il iş təcrübəsi;
- Mükəmməl Azərbaycan və rus dili (ingilis dili arzuolunandır)
- Kreativ və analitik düşüncə tərzi;

Vəzifə üzrə öhdəliklər:
- Bankın PR strategiyasının hazırlanması;
- PR fəaliyyəti üçün plan və büdcənin hazırlanması;
- Mövcud media əlaqələrinin saxlanılması və yenilərinin qurulması;
- Mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin və reportajların təşkili;
- Press relizlər, çıxışlar, müsahibələr üçün məzmunun yaradılması;
- KSM və sponsorluq layihələrinin təşkili və idarəolunması;
- Daxili və xarici kommunikasiya kanalları üçün mətnlərin hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis/ mütəxəssis” yazaraq cv@expressbank.az ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-06-17