Problemli kreditlər üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Səlis Azərbaycan dili;
- Yaş həddi: 21-30 yaş;
- Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı;
- Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı.

Vəzifə öhdəlikləri:
- Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
- Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
- Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi;
- Sorğu və hesabat formalarını təşkil etmək;
- Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait.

Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-10-08