Proqram Təminatçısı

Şirkət haqqında
Əmək haqqı
1500-2000

İş haqqında

Proqram Təminatçısı
Şöbə : İnformasiya texnologiyalarının tətbiqi şöbəsi

Namizədə tələblər:
- Yaş: 25 - 30
- Təhsil: Ali Komputer elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil
- İş təcrübəsi: müvafiq sahədə minimum 2-4 il
- Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır)
- Bir çox yüksək prioritetli layihə ilə maraqlanmaq bacarığı
- C# (OOP), Asp.Net MVC ve .net Core üzrə mükəmməl bilik
- Müəssisə dizayn nümunələrinin və ən yaxşı təcrübələrin başa düşülməsi
- Frontend proqramlaşdırmada təcrübəsi olanlara üstünlük verilir (HTML5, JS,BLAZOR, AngularJS, Bootstrap)
- VB .net (arzuolunandır)
- SQL, SQL Server biliyi

Vəzifə öhdəlikləri:
- Yeni layihələrin hazırlanması
- Biznesi təhlil edərək hazır layihələrin inkişaf etdirilməsi
- Hazır modullara texniki dəstəyin göstərilməsi
- Proqram dizaynlarını hazırlamaq üçün biznes analitikləri və inkişaf etdiriciləri ilə əməkdaşlıq etmək
- Proqram spesifikasiyalarını və əsas prototiplərini formalaşdırmaq
- Kompüter əməliyyat prosesində diaqram və axın qrafiklərini inkişaf etdirmək
- Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək
- Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək
- Tətbiqin texniki xidmətini dəstəkləmək üçün texniki sənədlər hazırlamaq
- Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək
- Problem həll etmə bacarıqlarını tətbiq etməklə proqramlaşdırma məsələlərini həll etmək

İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 - 17:30
- İş günü 5/2
- Əmək haqqı: 1500-2000 azn

Məlumatlandırıcı qeydlər:
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Proqram təminatçısı ” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-07