Proqram təminatı üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Bizim üçün ideal namizəd :
- Ali təhsilli olması;
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- JS ilə işləmə bacarığı;
- C#, .Net proqramlaşdırma HTML5, CSS3, T-sql ilə işləmə bacarığı;
- Öncədən yazılmış mövcud kodları təhlil etmək və onlarla işləmək bacarığı;
- Git işləmə bacarığı.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, İngilis dili arzu olunandır.
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz :
- Proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etmək;
- Yeni çıxan texnologiyaları araşdırmaq və tətbiqini həyata keçirmək;
- Proqram təminatının təkmilləşdirilməsi və daim yenilənməsi işini həyata keçirmək;
- Hazır proqram təminatlarının imkanlarını araşdırmaq və kodlarda redaktələr etmək;
- Texniki tapşırıqların və sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə texniki tələblərin icrasını və proseslərin optimallaşdırılmasını həyata keçirmək;
- Rəhbərinin tapşırıqlarına əsasən proqram təminatının və proqram modullarının tərtibi ilə məşğul olmaq;
- Ona tapşırılmış avadanlığın, texnika və ofis ləvazimatının qorunmasını təmin etmək;
- Proqramlarda rast gəlinən nasazlıqların aradan qaldırılmasında fəal iştirak etmək:

Nə əldə edəcəksiniz :
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;
- Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı.

Əlavə məlumatlar :
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Proqram təminatı üzrə mütəxəssis” yazaraq, 05.03.2021- ci il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.