Psixoloq

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Minimum vakansiya tələbləri:
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
- Azərbaycan və rus dillərində yüksək ünsiyyət bacarığı;
- Sahə üzrə 2 illik təcrübə.

Tələb olunan bilik və bacarıqlar:
- Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- Fərdi və komandada işləmək bacarığı;
- Yüksək çalışmaq və öyrətmək həvəsi;
- Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

Əsas öhdəliklər:
- Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;
- Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;
- Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;
- Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;
- Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;
- Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;
- Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;
- Şagirdlər üçün aktiv, tətbiqi və yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:
- Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
- Fərdi və peşəkar inkişaf imkanları;
- Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
- Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
-Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
İş yeri: “Kaspi” Liseyinin Ağ şəhər filialı (Xətai ray. Xocalı pr. 57 A);

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/). Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 01.06.2021