Python Django Developer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Şirkət: Starex
Şöbə : İT
İş qrafiki: həftədə 5 gün saat 10:00-19:00.

Tələb olunan biliklər:
- Python (Django, Django REST) - dərinləşdirilmiş biliklər
- PostgreSQL - optimal sorğuların yazılması, indeksləmə və.
- Background tasks, Celery, asynchronous programmming, Flower
- Karqo və ya E-commmerce layihələrdə iş təcrübəsi
- Mövcud layihələrə qoşulmaq və adaptasiya olmaq
- DevOps və Docker üzrə proqramçı səviyyəsində tələb olunan biliklər - sadə pipeline yazılması, Cİ-CD anlayışları, Python Django ilə yazılmış layihəni konteynerləşdirmək

Vəzifə öhdəlikləri:
- Python/Django kitabxanasından istifadə etməklə web platformalı daşınma və kommersiya tipli layihələrin proqramlaşdırılması, idarə edilməsi və davamlı texniki dəstək göstərilməsi
- Müasir proqramlaşdırma alətlərini (versioning, task management, containerization, docker) bilmək, öyrənmək, uyğun qaydada tətbiq etmək
- Backend və APİ servislərin yazılması, böyük həcmli trafikə uyğunlaşdırılması, frontend proqramçılara ötürülməsi
- Layihənin başlanğıcdan istifadəçilərə təhvil verilənə qədər bütün mərhələlərin aparılması, sonradan texniki dəstəyin göstərilməsi
- Layihə rəhbərindən, biznesdən və baş proqramçıdan tapşırıqların alınması, uyğunlaşdırılması və vaxtında təhvil verilməsi
- Layihələri və tapşırıqları vaxtında və keyfiyyətli icra etmək üçün komandada işləmək
- Sənədləşmənin (documentation) hazırlanması

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-10-27