Qaraj Rəisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və öhdəliklər
- Kənd təsərrüfatı texnikalarının və xüsusi texnikaların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasını işə saz vəziyyətdə buraxılmasını təmin etmək;
- İş vaxtı baş vermiş texniki çatışmamazlıqları aradan qaldırmaq;
- Yanacaq sərfiyyatına nəzarət etmək;
- Anbardan çıxan ehtiyyat hissələrinə nəzarət etmək;
- Nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikası üçün texniki xidmətlərin və cari təmirin təşkil edilməsi;
- Nəqliyyat və texnikanın texniki istismar, texniki təhlükəsizlik və yol hərəkatı qaydalrına riayət edilməsinə nəzarət etmək;
- Texnikaların təmiri üçün ehtiyat hissələrinin alınması, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanması, təmirin keçirilməsi, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün tələbin müəyyən olunması və tələbnamələrin hazırlanması;
- Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının sənədləşmə işlərini həyata keçirmək;
- Nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki vəziyyətinə görə məsuliyyət daşımaq;
- Mütəmadi olaraq nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının texniki baxışdan keçirilməsini təmin etmək;
- Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərin hazırlanması, onların tətbiq olunması;
- Tabeçiliyində olan işçilərə rəhbərlik etmək.

Tələb olunan bacarıqlar:
- Texniki sahədə ali təhsil və ya peşə təhsili;
- Nəqliyyat vasitələrinin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını bilmək;
- Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
- Montaj və təmir metodlarını bilmək;
- Kənd təsərrüfatı texnikaları üzrə biliklərə malik olmaq;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komandada işləmək bacarıqları;
- Yüksək kommunikasiya bacarığı;
- MS Office proqramları;
- Azərbaycan dilindən başqa rus və ingilis dilləri bilən namizədlər arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qaraj Rəisi” qeyd etməyiniz xahiş olunur.

Son müraciət tarixi: 23 Aprel 2021