Qazanxana və nasosxana operatoru

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə öhdəlikləri:
- Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;
- Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi;
- Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;
- Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;
- Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması;
- İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi;
- Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması;
- Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.

Tələblər:
- Qazanxana- istilik sistemləri sahəsində ən azı 3 il iş təcrübəsi;
- Qazanxana avadanlığının istismarı üzrə geniş və dəqiq bilikləri və müvafiq sertifikat.
- Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini və texniki xarakteristikalarını;
- Qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini;
- İstilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin;
- Suyun və buxarın keyfiyyət normalarını;
- Ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini;
- Qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini ;
- İstifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini;
- Qazan aqreqatının texniki-iqtisadi göstəricilərini;
- İstilik texnikasının, mexanikanın, elektrotexnikanın, su hazırlığının əsaslarını bilməlidir.

Səriştələr:
Məsuliyyətli
Nailiyyət yönümlülük
Etibarlılıq
Dürüstlük

Əlavə məlumat:
Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır;
İş qrafiki: Növbəli qrafik;
İş yeri: Baki şəhəri, Qafqaz Business Center;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Qazanxana və nasosxana üzrə operator” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.