Qazla kəsici

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

Vəzifə öhdəlikləri:
- Sex ərazisindəki metal şixtənin müəyyən olunmuş ölçülərdə doğranmasını və metal pəstahların lazımi ölçüdə kəsilməsini təmin edir.
- Dartıcıdan(zatravka) ayrılmış pəstahın ucunun dərhal kəsilməsini təmin edir .
- İşdən əvvəl kəsici aləti, şlanqları, reduktorları və qaz balonlarını yoxlayır.
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
- İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir.
- Oksigen və propan qazları ilə işləyərkən texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl olunmasını təmin edir.
- Nasaz və yoxlama müddəti ötmüş balonlardan və reduktorlardan istifadə olunmamasını təmin edir.
- Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunması
- İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl olunması
- İş prosesindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi
- Rəhbərlik tərəfindən verilən yazılı və şifahi göstərişlərin yerinə yetirilməsi

İş şərtləri:
- 6 günlük iş qrafiki 08:00-dan 15:00-a qədər
- Əmək haqqı: 700 AZN
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Qazla kəsici” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.