Qəbuledici

Şirkət haqqında
Əmək haqqı
700-1000

İş haqqında

Vəzifələr:
- Servisə daxil olan avtomobillərin qəbulu və müştərinin müraciətinə uyğun olaraq müvafiq təmir bölməsinə yönləndirilməsi;
- Servisə qəbul olunmuş avtomobillərdə texniki nasazlığın müəyyənləşdirilməsi;
- Avtomobilin təmirinin icrasına nəzarət;
- Təmirdən sonra avtomobilə son texniki baxışın keçirilməsi, avtomobilin müştəriyə təhvil verilməsi;

Tələblər:
- Ali təhsil ( ali texniki təhsili olanlara üstünlük veriləcəkdir)
- Yaş: 23-35
- Müvafiq sahədə 3 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dilini səlist (rus və ingilis dillərini bilənə üstünlük veriləcəkdir)
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
- Əməyin mühafizəsinin qayda və normalarını bilmək;
- Avtonəqliyyat vasitələrinin və təmir avadanlıqlarının texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri və istismarı qaydaları haqda geniş bilgiyə malik olmaq.

Əlavə məlumat:
- İş günləri: həftədə 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 700-1000 AZN
- Əlavə olaraq xidmət göstərilmiş avtomobillərə görə bonuslar 300-500 AZN

Namizədlərdən öz tərcümeyi-halını hr@performance-center.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 2021-07-07