Qeydiyyatçı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və öhdəliklər:
- Klinikaya müraciət edən pasiyentlərin müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Mərkəzə konsultasiya xidmətləri üçün müraciət edənləri müvafiq proqramın Randevu modulunda qeydiyyata alır və konsultasiya vaxtını təyin edir;
- Sığorta təşkilatları vasitəsilə müraciət edən pasientlərin qəbulu və qeydiyyatını aparır;
- Pasiyentə imtina edilən xidmətlərin qeydiyyatını aparır;
- Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsil;
- Azərbaycan, rus dili biliyi - əla;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:
- İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Qeydiyyatçı” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2021-09-26