Qəza komissarı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Daxil olmuş məlumata əsasən Aran iqtisadi rayonunda baş vermiş (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir və Yevlax şəhərləri) hadisələrlə bağlı hadisə yerinə operativ çıxış edib hadisəni qeydə alır;
- Sığorta hadisələrinin qeydə alınması zamanı bütün danışıqların audio və video qeydiyyatını aparır;
- Müştərilərlə ünsiyyətdə olan zaman etik davranış və şirkətdaxili qaydalara riayət edir;
- Zədələnmiş əmlak(lar)ın və hadisə yerinin foto və videoçəkilişini aparır;
- Sürücülərin, sərnişinlərin və hadisə şahidlərinin izahatlarının videoçəkilişini aparır;
- Zədələnmiş əmlak hadisə yerindən/cərimə meydançasından və ya digər məkandan daşınmalı olduqda daşınma xidmətlərini göstərən şəxslə əlaqə saxlayıb zədələnmiş əmlakın daşınması üçün sifariş verir;
- Hadisənin sığorta hadisəsi olub-olmamasını araşdırır;
- Baş vermiş hadisə ilə bağlı sığortalının (sığorta olunanın) və digər şəxslərin qanunazidd (dələduzluq) əməlləri haqqında səlahiyyətli dövlət orqanlarına məlumat verir
- Sığorta hadisəsini qeydə aldığı və ya bu mümkün olmadıqda növbəti iş günü ərzində bütün zəruri məlumatları daxili prosedur tələblərinə uyğun qaydada proqram təminatına daxil edilr və sənədləri şöbə rəhbərinə təhvil verir;
- Şöbə rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Tələblər:
- Ali təhsil;
- Kompüter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
- Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
- Dil bilikləri: Azərbaycan sərbəst istifadə etmə bacarığı;
- “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması;
- Şəxsi avtomobilin olması;

Təcrübə:
- Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum iş təcrübəsi arzuolunandır.

Bacarıqlar:
- Ünsiyyət qurmaq bacarığı;
- Problemlərin həlli bacarığı;
- Komanda ilə işləmək bacarığı;

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını – Qəza komissarı – Bərdə “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Son müraciət tarixi: 2022.02.09