Qrafik dizayner

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw və s. üzrə biliklər
- veb-dizayn Adobe XD, Figma, Sketch və s.
- UI / UX üzrə fundmental biliklər
- Reklamın, poliqrafiyanın, promo məhsulların əsaslarını, çap nəşrlərinin səhifələrinin yığılması qaydaları
- GIF formatında animasiya yaratma bilikləri arzuolunandır
- Sosial şəbəkələr üçün şərhlər yazmaq
- Brendbukla işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Kreativ düşüncə tərzi / İnkişafa can atmaq
- İş təcrübəsi: 1-3 il
- Mükəmməl dil bilikləri (Azərbaycan, Rus);
- Ünsiyyət bacarıqları;
- Stressə qarşı dözümlülük.

Vəzifələri:
- Reklam elanlarının və digər material və sənədlərin maketlərinin əslinin qrafik hissəsinin tərtibatı
- Sosial şəbəkələr üçün məlumatların yaradılması
- Çap və promo materiallarının dizaynı və hazırlanması
- Web üçün UI/UX maketlərin yaradılması
- Potensial reklam yerləşdirənlərə reklam imkanlarını təqdim etmək üçün nəzərdə tutulmuş kommersiya reklamının qrafik hissəsinin hazırlanması
- Hazırlanan reklam elanlarının original maketlərinin və orijinal maketlərin qrafik elementlərinin hazırlanmasının Reklam haqqında qanununun tələblərinə, sifarişçinin, reklam xidmətinin məsul işçisinin tələblərinə, təşkilatda mövcud daxili tələblərə, keyfiyyət tələblərinə uyğunluğuna nəzarət
- Planların, görülən işlər barədə hesabatların və digər sənədlərin tərtibi və bilavasitə rəhbərə təhvil verilməsi və ondan lazımi sənədlərin alınması
- Birgə tapşırıqları yerinə yetirmək üçün reklam xidmətinin əməkdaşları ilə qarşılıqlı əlaqə
- Bənzər yerli və xarici məhsulların müqayisəli təhlilinin aparılması, estetik səviyyəsinin qiymətləndirilməsi.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Son müraciət tarixi: 2021-08-11