Qrafik Dizayner

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 3 il
Təhsil: Ali

Vəzifə öhdəlikləri:
- Marketinq layihələrinin vizuallaşdırılması;
- Sosial media üçün kreativ dizaynların və məhsul dizaynlarının hazırlanması;
- Çöl reklamlarının, daxili bannerlərin, flyerlərin dizaynının hazırlanması;
- Poliqrafik məhsulların hazırlanması;
- Reklam proyektlərinin qrafik hissəsinin hazırlanması.

Tələblər:
1. Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
2. Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
3. Koloristikanın əsaslarını bilməli;
4. Tipoqrafika anlayışı olmalıdır;
5. Tapşırıq üzrə kreativ və funksional həllər təklif etməyi bacarmalıdır;
6. Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalıdır;
7. Tanınmış brendlərlə və ya bu sahədə ixtisaslaşmış agentlikdə təcrübə üstünlükdür.

Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Korporativ mobil nömrə.

Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qrafik Dizayner” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 31.08.2021