Qrafik dizayner

Şirkət haqqında
  • GLA
  • Bakı şəhəri
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi;
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması;
- Sosial Media hesabları üçün posterlərin hazırlanması;
- Ə/h müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən olunacaq;
- İş qrafiki: Bazar ertəsi - cümə, saat 10:00-dan 19:00-dək.

Namizədə tələblər:
- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator ilə işləmək bacarığı;
- Rus dili sərbəst yazı və danışıq səviyyəsində, ingilis dili üstünlükdür;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu;
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək;
- Yaradıcı tərəfi və dizayn qabiliyyəti inkişaf etmiş;
- Zaman və resursların düzgün idarə olunması bacarığı;
- Dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Dizayn trendlərindən xəbərdar olmalı;
- Detallara diqqətli, nizamlı olmalı;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük və çalışqanlıq;
- Rus dili üzrə biliklər üstünlükdür
- İndesign və ümumi vebsayt dizayn bilikləri üstünlükdür.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə (“Qrafik dizayner”) öz CV forması və portfoliolarını [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-29