Qrafik Dizayner

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- SMM postları üçün qrafik və motion (hərəkət) dizaynların hazırlanması;
- Şirkət saytı və sosial şəbəkə səhifələrində dizayn işlərini hazırlamaq;
- Veb layihələr üçün dizaynın hazırlanması;

Vəzifəyə dair tələblər və bacarıqlar:
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- Photoshop, Illustrator, İnDesign, After Effects, Corel Draw, Adobe Photoshop və Adobe İllustrator proqramlarını bilmək (motion (hərəkət) postları edəcək səviyyədə) proqramlarında işləmək;
- Komanda işini bacarmalı, kreativ yanaşmaları olmalı;
- Dizayn trendlərindən xəbərdar olmaq;
- Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirmək;
- Rəng texnologiyalarını bilməli ;

BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi
- Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı
- Rəqabət qabiliyyətli əmək haqqı
- Korporativ nömrə və danışıq paketi
- İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)
- Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV - lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “qrafik dizayner” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.