Qrup rəhbəri

Şirkət haqqında
Əmək haqqı
2000

İş haqqında

INTERNATIONAL BOKT (Bank Olmayan Kredit Təşkilatı) QSC Qazax rayonunda yerləşən filial üçün QRUP RƏHBƏRİ vəzifəsinə işçi axtarışı elan edir.

Əmək haqqı 2000 AZN – nə qədər + motivasiya

Əsas vəzifə və öhdəliklər:
• Filialın işçi heyətinin idarə olunması;
• Filial əməkdaşlarının peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
• Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar üçün nəzərdə tutulan və ya vermiş olduqları kreditlərə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerində baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;

Tələblər:
• Kredit üzrə təcrübəli və lombard portfeli olan komandasının olması arzuolunandır.
• Bank sektorunda müvafiq vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Analitik düşüncə qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini vakansiya@icu.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını qeyd etməklə göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 2021-09-16