Quru təmizləmə mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
500 - 800

İş haqqında

- Quru təmizləməyə daxil olan paltarları qəbul etmək və onları ləkəli-ləkəsiz, yuyulan-quru təmizlənən olaraq ayırmaq.
- Paltarların problemsiz təmizlənməsinə cavabdehlik daşımaq.
- Əgər paltarlarda hansısa problemin olması ehtimalı varsa, bu barədə müştərini əvvəlcədən xəbərdar etmək.
- Təmizlənmiş paltarları ütüləmək və paketləmək, paketləmə zamanı mağazanın daxili qaydalarına əsasən kodlaşdırmaq.
- Daxili intizam qaydalarına əməl etmək.

Namizədə tələblər
- Yaş həddi 25-40
- Bu sahədə mütləq təcrübəli olmalıdır.
- Ütüləmə qabiliyyətinə sahib olmalıdır.
- Ləkələrdən anlamalı və onları aparma metodlarını bilməlidir.
- Kimyəvi təmizləmə aparatında işləməyi mütləq bacarmalıdır.

İş şəraiti
- Həftə ərzində günlük iş qrafiki 1-6 günlər
- İş saatı 09:00-18:00
- Əmək haqqı 500-800azn
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Quru təmizləmə mütəxəssisi” qeyd edərək coshgun.hashimov@kbt.az ünvanına göndərsinlər.
Son müraciət tarixi: 2021-09-08