Quru təmizləmə mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Quru təmizləməyə daxil olan paltarları qəbul etmək və onları ləkəli-ləkəsiz, yuyulan-quru təmizlənən olaraq ayırmaq.
- Paltarların problemsiz təmizlənməsinə cavabdehlik daşımaq.
- Əgər paltarlarda hansısa problemin olması ehtimalı varsa, bu barədə müştərini əvvəlcədən xəbərdar etmək.
- Təmizlənmiş paltarları ütüləmək və paketləmək, paketləmə zamanı mağazanın daxili qaydalarına əsasən kodlaşdırmaq.
- Daxili intizam qaydalarına əməl etmək.

Namizədə tələblər:
- Yaş həddi 25-40
- Bu sahədə 5ilə qədər təcrübə olmalıdır.
- Ütüləmə qabiliyyəti yüksək olmalıdır.
- Ləkələrdən anlamalı və onları aparma metodlarını bilməlidir.
- Quru təmizləmə aparatında işləməyi yüksək səviyyədə bacarmalıdır.

İş şəraiti:
- Həftə ərzində günlük iş qrafiki 1-6 günlər
- İş saatı 09:00-19:00
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək
- AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

Namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Quru təmizləmə mütəxəssisi” qeyd edərək 13 noyabr tarixinədək göndərsinlər.