Redaktor (Rus bölməsi)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Rus bölməsi üçün Redaktor vəzifəsinə ali təhsilli ( Jurnalist, filologiya, iqdisadi) və KİV-də iş təcrübəsi olan şəxslər təyin olunur.

Redaktor:
• Şəhərin daxili iqdisadi və siyasi vəziyyəti ilə tanış olmalı;
• İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
• Yüksək savada, üslub hissinə,redaktə və ədəbi redaktə bacarığına malik olmalı;
• İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
• Redaksiyanın işinin təşkili prinsipini bilməlidir

Namizədə tələblər:
Redaktor vəzifəsinə – öz işinə ciddi yanaşan, daimi inkişaf axtarışında olan, komandayla işləmə bacarığı olan işçi axtarışındayıq.
• Aktiv, məqsədyönlü, işini sevən olmalı;
• Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
• Mətnlərin redaktə olunması və yoxlanılması;
• 3-5 ilədək iş təcrübəsinin olması vacibdir.

Vəzifə öhdəlikləri:
• Jurnalistlərin işinin təşkili. Redaksiya tapşırıqlarının verilməsi;
• Mətnlərin müvafiq şəkildə redaktə edilməsi;
• Şəhərin və ölkənin həyatına aid məlumatların toplanması, hazırlanması və emalı;
• İnformasiya sorğularının tərtib olunması;
• Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
• Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetilrilməsinə nəzarət;
• Sosial şəbəkələrlə işlərə nəzarət;
• Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi;
• Özünün, tabeçilindəki jurnalistlərin və xidməti müqavilə ilə çalışan əməkdaşların əməkdaşların gördüyü işlər haqqında Şəbəkənin baş redaktoruna aylıq (hər ayın 1-dək) hesabat vermək


• Əmək haqqı razılaşma əsasında
• Karyera yüksəlişi
• İş saatı 9:00-dan 18:00-dək, həftənin 6 günü (şənbə günləri yarı iş günü)

Maraqlananlar CV-lərini mövzu yerinə “Baku Tv/Redaktor” yazaraq , hr@management.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 2021-10-13