Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Gəncə, Lənkəran, Mingəçevir, Quba)

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

Competo (Umico) — son maliyyə və İT texnologiyalarına əsaslanan, pərakəndə banklar və pərakəndə satış şirkətləri ilə çalışan və fərdi şəxslərə maliyyə xidmətləri sahəsində müvəffəqiyyətli biznesin qurulmasında köməklik göstərən innovativ şirkətdir.

Vəzifə - Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Gəncə, Lənkəran, Mingəçevir, Quba)

Vəzifə öhdəlikləri:
- Potensial korporativ müştərilərin axtarışı və görüşlərin təyin edilməsi
- Korporativ müştərilərə xidmət və iş təkliflərin təqdim olunması
- Kommersiya təkliflərinin hazırlanması
- Korporativ müştərilərlə müqavilələrin bağlanması
- Rəhbərlikdən verilən tapşırıqların icrası
- Qarşıya qoyulmuş hədəflərin həyata keçirilməsi
- Danışıqların aparılması
- Daxili CRM sistemi ilə iş və korporativ müştərilərin məlumat bazasını doldurulması
- Qiymətləndirmədə iştirak, qiymət danışıqlarında psixoloji cəhətlərin öyrənilməsi, qiymətə haqq qazandırma yollarının müəyyənləşdirilməsi
- Müştəri bazasına satış sonrası xidmət və yüksək səviyyəli servisin göstərilməsi
- Uzunmüddətli və aktiv iş üçün müştəri bazasının motivasiyası
- Şirkət tərəfindən göstərilən xidmətlərə ehtiyacın müəyyənləşdirilməsi və rəqiblərin axtarışı üçün bazar və tərəfdaş bazası təhlilinin aparılması
- Göstərilən xidmətlər üçün alıcılar tərəfindən iddia göndərilməsinin səbəblərinin təhlili
- Tərəfdaşlar tərəfindən müqavilə şərtlərinə əməl olunmasının (aktların ödənilməsi) və yüksək keyfiyyətli xidmət göstərilməsinin izlənməsi
- Satış həcminin təhlili, işlərinin nəticələri barədə hesabat hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi
- Tərəfdaşlar kontekstində bağlanmış müqavilələr və satışlar barədə hesabatların aparılması
- Satış, xidmət və bazarlara təqdim edilmə sxemlərinin, metodlarının və texnologiyalarının işlənib hazırlanmasında aktiv komanda iştirakı
- Potensial və baş verən fors-major hadisələr barədə şirkət rəhbərliyini vaxtında məlumatlandırma
- Təqdim etdiyimiz məhsuldakı bütün yeniliklər, əlavə və dəyişikliklər barədə korporativ müştərilərə məlumat vermək

Namizədlərə tələblər:
- Ali təhsil
- Ən azı 3 illik təcrübə
- Azərbaycan dili yüksək, rus dili orta səviyyədə
- Verilən tapşırıqların icrasında məsuliyyət, çalışqanlıq, dəqiqlik
- Stressə davamlılıq
- Vəziyyətə sürətli reaksiya göstərmə qabiliyyəti

İş şəraiti:
- Əmək haqqı: 500 azn (fiks) + 500 azn (bonus hissəsi)
- İş cədvəli - Bazar ertəsi - Cümə, 09:00-18:00

Namizədlərdən xahiş olunur ki, öz CVlərini "Region üzrə Korporativ Satış Mütəxəssisi – B2B (Gəncə, Lənkəran, Mingəçevir, Quba)" mövzu hissəsində göstərilməklə [email protected] elektron poçtuna göndərsinlər.
Son müraciət tarixi: 2021-07-14