Reklam işləri üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Sifarişləri və tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmək.
- İstehsal prosesində işlərin dizayna uyğun icrasını təmin etmək.
- Yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlamaq.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsal sanitariyası, avadanlıq və alətlərin texniki istismarı qaydalarının yerinə yetirilməsini həyata keçirmək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər:
- MS Office proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik müştərilərlə ünsiyyət qurmaq bacarığı;
- Yeni iş mühiti və kollektivə tez uyğunlaşma bacarığı;
- Daxili nizam-intizam qaydalarına əməl etmək;

Sizə nə təklif edirik?
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı nümayiş və inkişaf etdirmək imkanı;
- Reklam sahəsində karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Əlavə təlimlər və reklam sahəsində daha dərin biliklərə yiyələnmək imkanı;
- Əmək haqqı müsahibə əsasında təyin edilir (bilik və təcrübəyə uyğun artan əmək haqqı)
- Nahar yeməyi MMC tərəfindən təmin edilir.

QEYD: əl alətləri ilə işləməyi bacaran və reklam işini sevən, həmçinin bu sahə üzrə uzun müddətli karyera qurmaq istəyən şəxslərə üstünlük veriləcəkdir.

Tələblərə cavab verən namizədlər öz CV-lərini 23 yanvar 2022-ci il tarixədək mövzu hissəsində Reklam üzrə mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilərlər.