Rəqəmsal bank məhsulları üzrə analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Web tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
- Web tətbiqlərin funksional testi (front-end və back-end);
- Web tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Layihə və texniki sənədlərlə işin aparılması.

Namizədə tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında Web tətbiqinin hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
- Bank məhsulları haqqında biliklər;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Fikrini düzgün və dolğun çatdırmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyun 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Rəqəmsal bank məhsulları üzrə analitik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.