Rəqəmsal bank məhsulları üzrə analitik

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
• Web tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• Web tətbiqlərin funksional testi (front-end və back-end);
• Web tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Layihə və texniki sənədlərlə işin aparılması.

Namizədə tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında Web tətbiqinin hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
• Bank məhsulları haqqında biliklər;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
• Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
• Fikrini düzgün və dolğun çatdırmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 oktyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində Rəqəmsal bank məhsulları üzrə analitik qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.