Rəqəmsal Bankçılığın İnkişafı şöbəsinin rəhbəri

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Görəcəyiniz işlər:
- Pərakəndə bankçılığın yol xəritəsi və illik planlanması;
- Rüblər ərzində icra olunacaq layihələrin müəyyənləşdirilməsi;
- Tribe daxilində məhsul sahiblərinin idarə olunması;
- Komandaların əsas performans göstəricilərinin (KPI) təyin olunması, rüblük hesabatların izlənilməsi və rəhbərliyə gündəlik və aylıq hesabatların verilməsi;
- Maraqlı tərəflərin, sahə mütəxəssislərinin münasibətlərinin tənzimlənməsi;
- Sahə daxilində məhsul sahiblərinin münasibətlərinin tənzimlənməsi;
- Agile kouçla birlikdə çalışaraq sahə daxilində Agile tətbiqinin effektiv həyata keçirilməsinin təmin olunması;
- Məhsul buraxılışları və çatdırılma planlaşdırılması ;
- Müştəri ehtiyaclarını yaxından öyrənərək lazımi bazar araşdırmalarını edərək prosesin inkişafına töhfə verilməsi;
- Marketing kampaniyalarının planlaşdırılması, yaradılması və həyata keçirilməsi;
- Rəqəmsal Pərakəndə Bankçılıqla bağlı ehtiyac olduqda bank daxilində və xaricində təmsilçilik edilməsi;
- Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasının planlaşdırılması prosesinin sürətləndirməsidir;

Bizim üçün ideal namizəd:
- Pərakəndə bankçılıq sahəsində (biznes və texniki) minimum 5 il iş təcrübəsinə;
- Texniki komandaya dəstək və liderlik təcrübəsinə;
- “Agile” metodologiyaları üzrə minmum 2 il iş təcrübəsinə;
- Ali idarəetmə və ya texniki təhsilə;
- Müxtəlif situasiyalarda çalışaraq kompleks məhsulların təhvil verilməsi bacarığına;
- Böyük layihələrin uğurlu şəkildə idarə edilməsi təcrübəsinə;
- Dayanıqlı kommunikasiyaların qurulması və təqdimat bacarıqlarına;
- Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübəyə;
- Proqram təminatının hazırlanması prosesi barədə biliklərə;
- Komandada və fərdi şəkildə işləmək bacarığına;
- Dəyərlərin təhlili, qərarvermə,liderlik bacarıqlarına;
- Güclü analitik və riyazi bacarıqlara;
- Strateji və taktiki düşüncə qabiliyyətinə;
- İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
- Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahibdir.
- PSPO,ACP,CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal Bankçılığın İnkişafı şöbəsinin rəhbəri” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

Son müraciət tarixi: 2021-07-02