Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;
- MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə təqdimat bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;
- Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;
- İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
- Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;
- Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;
- Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;
- Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
- Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;
- Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Son müraciət tarixi: 2021-10-23