Rəqəmsal marketing mütəxəssisi

Şirkət haqqında
  • GLA
  • Bakı şəhəri
Əmək haqqı
Razılaşma

İş haqqında

“GLA” (Gaminq Leaque Azerbaijan) şirkəti 360° düşünə bilən və yüksək yaradıcılıq qabiliyyəti olan Rəqəmsal marketing mütəxəssisi axtarışındadır.

Tələblər:
- SMM üzrə biliklər;
- İnfluencer marketing haqqında biliklər;
- SEO, SEM, Google Analytics, Google Adwords və e-mail marketing üzrə bilik və bacarıqlar;
- Azərbaycan və rus dilləri sərbəst danışıq və yazı səviyyəsində, ingilis dili üzrə biliklər üstünlükdür;
- Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
- Fərqli düşünmə bacarığı, standartlardan kənara çıxmağı bacaran;
- Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Vəzifə və öhdəliklər:
- Digital marketing kampanyalarının performansının yüksəldilməsini təmin etmək;
- Şirkətin digital marketing strategiyasısının müəyyən olunması və idarə edilməsi;
- Sosial media platformalarının reklam baxımından düzgün qiymətləndirilməsi və ona uyğun reklam strategiyasının müəyyən olunması;
- Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin hazırlanması və ya seçilməsi, hazırlanmış kontentin veb sayt, sosial media hesablarına yerləşdirilməsi;
- Xidmət və ya məhsulun daha çox hədəf kütləsinə çatdırılmasını təmin etmək;
- Şirkət hədəfləri istiqamətində marketing strategiyasını inkişaf etdirmək;
- Daimi yenilənən digital “tool” ları və platformaları izləmək, digital marketing texnologiyaları və ən son trendlərdən xəbərdar olmaq;
- Müvafiq vakansiya üzrə minimum 1 il iş təcrübəsi (agentlik təcrübəsinə malik olmaq üstünlükdür);
- Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
- İş qrafiki: Sərbəst

P.s Kibersporta marağı və həvəsi olan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər CV formalarını career_azerbaijan@database.az e-mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 2021-08-11