Rəqəmsal marketinq mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
700-900

İş haqqında

- Rəqəmsal marketinq strategiyasının hazırlanması;
- Tətbiq (oyun) mağazası səhifələrinin konversiyasının optimallaşdırılması;
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi;
- Şirkət oyunlarının və tətbiqlərinin ASO prosesinin aparılması (Mətn optimallaşdırması, ASO auditi, Vizual optimallaşdırma);
- Google Ads, Facebook Business Manager platformalarında təşviqat kampaniyalarının quraşdırılmasını təmin etməli və bu alətlərin düzgün işləməsini davamlı nəzarətdə saxlamalı;
- Kontentin formalaşması istiqamətində işlərə dəstək göstərməli;
- Dizaynların formalaşması istiqamətində işlərə dəstək göstərməli;

Tələblər:
- Sosial media (Facebook, Instagram, Google, YouTube, LinkedIn və s.) platformalarında sərbəst işləmək bacarığı;
- SEO, SEM, ASO, Facebook Business Manager, Google Analytics, Google Ads üzrə bilik və bacarıqlar;
- Xarici dil biliklərinin olması üstünlükdür (ən azı texniki səviyyədə anlayış);
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə çalışa bilən;
- Minimum 1 il iş təcrübəsi

Qrafik: Həftənin 5 günü, 9:00-18:00
Əmək müqaviləsi ilə rəsmiləşdirmə
Əmək haqqı: 700 - 900 AZN (NET)

Qeyd: Oyun sahəsinə marağı və həvəsi olan namizədlərə üstünlük verilir.

Müraciət etmək istəyənlər portfolio və CV formanızı info@virtualillusions.org ünvanına "Rəqəmsal Marketinq Mütəxəssisi " başlığı ilə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-19