Risklərin İdarə edilməsi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

MKT-İK MMC (Pambıq müəssisəsi) Risklərin İdarə edilməsi üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları
- Yarana biləcək potensial risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üçün təkliflərin verilməsində və qərarların qəbul edilməsində iştirak edir;
- Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir,
- Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Сəmiyyətin filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Baş verən qayda pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
- Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq kollegial orqanda təsdiqləmək və müvafiq strukturlarla ilə müzakirə edərək icrasını davam etdirmək;
- Mövcud risklər üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Bütün sahələr üzrə müəyyən olunmuş limitlərə nəzarətin keçirilməsi;
- Stress testlərin müəyyən edilməsi və həyata keçirilməsi;
- Rüblük risk hesabatlarının hazırlanması;
- Mütəmadi olaraq risklərin idarəedilməsi sahəsindəki yeniliklər barədə beynəlxalq təcrübənin öyrənilməsi və təkliflərin verilməsi;
- Cəmiyyətdə risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Risklər üzrə işçilərin biliklərini artırmaq üçün Cəmiyyətdə təlim / seminar keçirmək;
- Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

Texniki biliklər:
- Risk səviyyəsinin ölçülməsi və risklərin idarəedilməsi haqqında geniş biliklər;
- Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.

Səriştə və bacarıqlar:
- Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
- Analitik düşüncə qabiliyyəti;
- Komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.

Tələblər
- İqtisad sahəsində ali təhsilin olması (Statistika və Riyazi maliyyə üstünlükdür);
- Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
- Rus və ingilis dilləri arzu olunandır.;
- Microsoft Office və digər proqramlar;
- Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
- Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
- Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:
CV –ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Risklərin İdarə edilməsi üzrə mütəxəssis” yazmaqla müraciət edilir.
Son müraciət tarixi: 2021-07-08