Risklərin idarə edilməsi üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Məsuliyyətlər:
- Kontentə nəzarət etmək, bütün hadisələrdə düzgün informasiyanın müştərilərə çatmasını təmin etmək.
- Canlı hadisələrin kontentinə nəzarət etmək, yarana biləcək problemləri bildirmək və sürətli müdaxilə etmək.
- Bazardakı hərəkətliliyi izləmək və qiymət fərqi ilə bağlı riskləri bildirmək.
- Real vaxt monitoringi.
- Ehtiyac yarandıqca nəticələri dəyərləndirmək və onlarla bağlı hesabat hazırlamaq.
- Müştəri aktivliyini izləmək, bazar öhdəliklərini idarə etmək.

Tələblər:
- Ali təhsil (Statistika, Riyaziyyat, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə) ;
- Statistik və ya riyazi modelləşdirmə sahəsində bilik;
- Müxtəlif idman növlərinə yüksək maraq (əsasən futbol və basketbol) ;
- Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilik;
- Analitik təhlil etmə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə ingilis və rus dili biliyi;
- Həftə sonları, axşamlar və bayram günləri daxil olmaqla çevik işləmək bacarığı;
- Məlumatların məxfiliyini qoruyub saxlama bacarığı;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığı, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Nəticələrlə bağlı tələblərə uyğun hesabat hazırlaya bilmək;
- Microsoft Office bilikləri (İlk növbədə Excel)
- İş qrafiki növbəli iş rejimidir. Həftəlik 40 saat olmaqla gecə və axşam növbələri mövcuddur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 yanvar 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsinə “Risklərin idarəedilməsi üzrə mütəxəssis” qeyd etməyinizi xahiş edirik.