Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
- İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Dəyişikliyin idarə olunması prosesində iştirak;
- Biznes prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
- Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
- Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

Tələblər:
- İş təcrübəsi: Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət İT risklərinin idarə edilməsi, İT təhlükəsizlik və ya İT sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
- Təhsil: ali təhsil (iqtisadi, informasiya texnologiyaları və ya tətbiqi riyaziyyat ixtisası üzrə);
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
- Üstünlüklər: İT risk, audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir;
- Komputer və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servisəlrini anlamaq
- Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Son müraciət tarixi: 2021-07-08