Risklərin İdarəedilməsi üzrə Regional Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Məhkəmə qərarı olan işlərlə əlaqədar icra və probasiya şöbəsində müvafiq icra tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Kredit vermə prosesi üzrə sənədləşməyə dair təkliflərin verilməsi;
- Kreditlərin klassifikasiyasının düzgün aparılmasına nəzarət etmək və departament rəhbəri, o cümlədən kredit komitələrini müvafiq məsələ ilə əlaqədar məlumatlandırmaq;
- Kredit itkilərinin minimallaşdırılması məqsədilə kredit audit proqramının sistematik olaraq yerlərdə icrasını təmin etmək;
- Filiallara və baş idarəyə kredit risklərinin idarəedilməsi ilə əlaqədar təklif və tövsiyyələrin verilməsi;
- Filiallardan problemli kreditlərə dair hesabatların alınmasını təmin etmək;
- Filiallar, məhsullar və sektorlar üzrə risklərin təhlilini department rəhbərinə təqdim etmək;
- Filiallar, məhsullar və məbləğlər üzrə limitlərin müəyyən edilməsi üzrə təklif vermək, eyni zamanda limitlərə riayət olunmasına nəzarət etmək;

Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Etibarlı sürücülük vəsiqəsi;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Müştərilərlə davranış etikası.

İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 800 manat gross + aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Regional Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 2022.01.22