Risklərin monitorinqi və araşdırılması üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə və öhdəliklər
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq
- Risklərin idarəedilməsi ilə bağlı metodologiyaların hazırlanmasında iştirak etmək
- Mütəmadi olaraq risklərin qiymətləndirilməsində iştirak etmək və nəticəsində risk xəritəsini hazırlamaq
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək
- Əməliyyat risklərinin qiymətləndirilməsini və təhlilini həyata keçirmək. Aylıq əsasda risk hesabatlarını hazırlamaq
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək
- Şirkətin aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planının hazırlanmasında iştirak etmək


Biliklər
- İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat təhsili
- Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır


Təcrübə
- Risklərin idarə olunması, audit və ya maliyyə üzrə minimum 1 il iş təcrübəsi (Sığorta şirkətlərinin birində və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir)

Bacarıqlar
- Təqdimat bacarıqları
- Komandada işləmək bacarığı
- Yaxşı ünsiyyət bacarığı
- Məntiqi və analitik düşüncə
- Risklərin müəyyən edilməsi və qarşısının alınması bacarığı
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
- Məqsədyönlülük
- Emosional stabillik və məsuliyyətli olmaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Son müraciət tarixi: 27 Avqust 2021