Satıcı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan alıcıları qarşılamaq, onlarla doğru ünsiyyət yaratmaq və tələbatlarını öyrənmək;
- Alıcıların tələbatına uyğun olaraq onları doğru istiqamətləndirmək,kampaniya və məhsullar haqqında dolğun məlumatlandırmaq;
- Satış zamanı məhsul alıcıya təqdim olunarkən dəqiq yoxlamaq, məhsulun zəmanət və servis xidmətləri haqqında alıcılara ətraflı məlumat vermək;
- Alıcıların şikayət və təkliflərini nəzərdən keçirmək ,aidiyyatı üzrə mağaza inzibatçısına məlumat vermək;
- Mağazanın satış hədəflərinin tamamlanmasında aktiv iştirak etmək;
- Mağazanın vitrin və daxili anbarında mövcud olan mal qalığından xəbərdar olmaq,təyin olunan dövrlər üzrə sayım proseslərində iştirak etmək;

Tələblər:
- Azərbaycan dilini səlis bilməli,xarici dil bilikləri üstünlükdür;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaxşı ünsiyyət və məsuliyyət göstəriciləri önəmlidir;
- Müştərilərlə davranış etikası.

Müraciət qaydaları:
Müraciət etmək üçün CV-nizi elektron poçt ünvanına mövzu hissəsində - “Satıcı” yazıb göndərə bilərsiniz. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 2022.02.09